Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Qahirədə toqquşmalar: 2 ölü, 8 yaralı

Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.

İTAR-TASS-ın verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyəti qadağan edilən hərəkatın üzvləri təhlükəsizlik qüvvələrinə qarşı odlu silahdan atəş açıblar və “Molotov kokteyllər”i atıblar.

Təsdiq olunmamış məlumatlara görə, iğtişaşlar zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd edək ki, Qahirədə 2011-ci il “25 yanvar inqilabı”nın 4-cü ildönümü ilə bağlı kütləvi etiraz aksiyaları ötən bazar günündən bəri davam edir./apa/
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP