Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

İsraildə Fələstinlə bağlı siyasətə etiraz edən 43 kəşfiyyatçı işdən çıxarılıb

Onlar ölkəni ədalətsiz siyasətdə ittiham ediblər

İşğalçı İsrailin qondarma Müdafiə Nazirliyi fələstinlilərə qarşı ədalətsiz siyasətə narazılıqlarını bildirən "8200" elit kəşfiyyat qrupunun 43 ehtiyat hərbçisini işdən çıxarıb.
"Associated Press" xəbər verir ki, sentyabrda İsrail mətbuatı bir qrup hərbçinin ölkənin fələstinlilərə qarşı yönələn fəaliyyəti səbəbindən öz öhdəliklərini yerinə yetirməkdən imtina etmələrinə dair məktubunu dərc edib.

Sıralarında həm kişi, həm də qadınların olduğu kəşfiyyat qrupunun əməkdaşları milyonlarla insanın hüquqlarını pozan sistemdə xidmətlərini davam etdirə bilməyəcəklərini ifadə ediblər.
"8200" İsrailin kəşfiyyat sistemində iri birləşmələrdən biridir. Bu bölmə kibermüdafiə, elektron informasiyaların monitorinqi və toplanması üzrə ixtisaslaşıb.
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi