Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

İngiltərə öz ixtiyarını ABŞ-a verdi

İngiltərənin Amerika Milli Təhlükəsizlik Agentliyinə (NSA) ingilis vətəndaşlarını izləmə və dinləmə səlahiyyəti verdiyi iddia edilir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş işçisi Edvard Snoudenin mətbuata verdiyi sənədlərdə 2007-ci ildən bu yana haqlarında cinayət törətdiklərinə dair heç bir şübhə olmadığı halda çox sayda ingilis vətəndaşının ABŞ tərəfindən dinlənildiyi deyilir.


İngiltərə Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bir münasibət bildirməyib. Belə ki, “Qardian” qəzeti dəfələrlə hökumət nümayəndələrindən bu barədə açıqlama almağa çalışsa da, bu cəhdlər bir nəticə verməyib.
2159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53