Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Ticarət mərkəzində atışma: 1 yaralı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ticarət mərkəzlərindən birində silahlı hücum baş verib.

ABŞ-ın Vaşinqton ştatının Siyetl şəhərində məşhur ticarət mərkəzlərindən olan “South Center Mall”da bir nəfərin yaralanması ilə nəticələnən hadisə yaşanıb.

Şəxsiyyəti naməlum silahlı atəşi qarşı binada gizlənərək həyata keçirib. Odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxs dərhal əraziyə çağrılan təcili yardımla xəstəxanaya çatdırılıb.

Atəşin bazar ertəsi, yerli vaxtla 17:30-da açıldığı qeyd edilir. Səsi eşidən ticarət mərkəzinin müştəriləri arasında çaxnaşma yaranıb və təlaş içində müxtəlif istiqamətlərə qaçmağa başlayıblar.

Yerli hüquq-mühafizə orqanından bildirilib ki, şübhəlinin yaxalanması üçün əməliyyatlara başlanılıb./ans/
667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı