Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Ərdoğanın binasına “bombalı hücum”

Türkiyə mətbuatı bidirir ki, üzərində bomba olduğu və Baş Bakanlıq binasına girməyə cəhd etdiyi iddia olunan təxminən 50 yaşında bir nəfər zərərsizləşdirilib.

Huşsuz hala gətirilən şübhəli xüsusi nəzarət altında xəstəxanaya yerləşdirilib.

Olay şahidlərinin məlumatına görə, ona əvvəlcə yerə yatması əmr olunub. Amma o, əmrə əməl etmədiyi üçün mühafizəçilər havaya üç dəfə atəş açmaq məcburiyyətində qalıblar.

Məlumatda o da bildirilir ki, insident vaxtı baş nazir Rəcəb Tayyib Ərdoğan binada olmayıb. O, həmin dəqiqələrdə partiyasının mərkəzi qərargahında Uluslararası Asiya Siyasi Partiyalar Heyətini qəbul edirmiş.

Ən son məlumata görə, şübhəli kimi saxlanılan Tuğrul Bayır adlı şəxsdir.

Xatırladaq ki, R.T.Ərdoğan bu gün yerli vaxtla saat 17.00-da təyyarə ilə Rusiyaya yola düşəcək.
1927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20