Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Gülən camaatına qarşı əməliyyat başladı

Türkiyədə Gülən hərəkatının qanunsuz dinləmə həyata keçirdikləri iddia olunan üzvlərinə qarşı bir sıra vilayətlərdə əməliyyatlar başladılıb.

Əməliyyatlar 11 vilayətdə həyata keçirilir və İzmir vilayətindən idarə olunur.

Əldə olunan məlumata görə İzmir prokurorluğu qanunsuz dinlənilən bir sıra şəxsin şikayət ərizəsinə əsasən bir sıra polis əməkdaşı haqda həbs qərarı verib və 11 vilayətdə 26 polis əməkdaşı axtarışa verilib.

Yanvarın 26-dan 27-nə keçən gecə səhərə yaxın əvvəlcədən müəyyən olunmuş ünvanlarda axtarış aparılıb.

İndiyə qədər 15 polis əməkdaşının həbs olunduğu bildirilir.
675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber