Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Suriya qoşunlarının yeni müvəffəqiyyətləri

Nur-az.com-un məşriq.ir-a istinadən:
Suriya hava qoşunları hərbi təyyarələrinin Dəməşq, Dəra və Hələb ətrafı məntəqələrdə yerləşən terrorist qüvvələrin düşərgələrinə bombardman əməliyyatlarından sonra İŞİD-in əksər üzvlərini itirdiyi məlumat verilir. Xəbərdə Suriyanın top artilleriyası qeyd edilən məntəqələrdə yerləşən qüvvələrin mövqelərini mərmi və raket atəşinə tutub.

Elə həmin ərəfədə Türkiyə sərhədyanı məntəqədə İŞİD-in sərhədə nəzarət edən “Timsah” dəstəsi ilə ondan ayrılıb qaçmaq istəyən üzvləri arasında toqquşma nəticəsində “Timsah”ın komandirinin “Təll-əbyəz”də öldürüldüyü vurğulanır.
Aparılan paralel əməliyyatlarda terrorist qüvvələrin “Suriya Azadlıq Ordusu” və “Suriya Keşikçiləri” adlı dəstələrinə də güclü zərbələr endirilib və üzvlərinin bir çoxu qətlə yetirilmişdir.

Hələ ki, “Hums”, “Riqqə”,“İdlib” və bir çox şəhər və məntəqələrdə də döyüşlər davam edir və hər yerdə Suriya ordu və xalq cəbhələrinin müvəffəqiyyəti daha artıq özünü göstərir.
Döyüşlərin gedişatı göstərir ki, İŞİD-in ağır qarşıdurmalarda müqaviməti zəifdir və bir çox məntəqələrdə öz mövqelərini tərk etmək üzrədirlər. Odur ki, bəzən öz üzvlərinin edamı ilə məşğuldur və aralarında yekdilliyin pozulduğu müşahidə olunur.

Kobanidən də çatan məlumatlarda İŞİD-in qüvvələrinin məntəqə üzrə şərq mövqelərindən geri çəkildiyi və yerli kürd ön cəbhə qüvvələrinin irəliləyişindən xəbər verilir.
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı