Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

İran səfirliyi Bakıda tutulan Həsən Fərəci ilə bağlı açıqlama verdi

İranın Azərbaycandakı səfirinin müşaviri Seyid Əli Musəvi “Media forum”a açıqlama verib. O deyib ki, noyabrın 20-də İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi Bakıda həbs olunmuş İran vətəndaşı Həsən Fərəci ilə görüşüb: “Azərbaycanın aidiyyəti rəsmiləri İsrailin Bakıdakı səfirliyinin önündən keçdiyinə görə əsassız ittihamla saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə konsulluq əməkdaşlarının görüşünün təşkili ilə bağlı müraciətini müsbət cavablandırıblar. Həsən Fərəci İranın konsulu cənab Seyid Möhsen Mövlayi ilə görüşündə özünə qarşı irəli sürülən ittihamları rədd edib. O bildirib ki, istintaq prosesi başa çatıb və ümidvardır ki, onun günahsızlığı Azərbaycan rəsmiləri üçün artıq sübuta yetirilib. O həmçinin sağlıq durumunun yaxşı olduğunu ailəsinə çatdırılmasını istəyib”.
Seyid Əli Musəvi səfirliyin adından bu görüşə imkan yaratdıqları üçün Azərbaycan rəsmilərinə təşəkkürünü bildirib: “Həsən Fərəcinin sağlıq durumu qənaətbəxşdir və bu yaxınlarda azad olunması gözlənilir”.
1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17: