Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

“Mənə avtomat verin, bunların hamısını bir-bir qırıb qurtarım”

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov bir sıra tanınmış şou nümayəndələrinin jurnalistlərin ünvanına bir sıra təhqiramiz ifadələr səsləndirməsinə münasibət bildirib.

R.Mahmudov Publika.az-a açıqlamasında ilk növbədə Azərbaycan ordusu hərbçilərinin düşmənlə təmas xəttində şəhid verdiyi günlərdə bir sıra televiziya kanallarında şou verilişlərin davam etməsi, bəzi müğənnilərin konsert və dəbdəbəli ad günləri keçirməsindən danışıb: “Yaxşı olar ki, siz mənə bir avtomat silah alın, mən də bunların hamısını bir-bir qırıb qurtarım. Bununla da sənin və mənim canım dincəlsin. Bizim əsgərlərimiz cəbhədə rəhmətə gedirlər, şəhid olurlar. Əgər bu gün bizim Vətənimizi, torpaqlarımızı və namusumuzu qoruyan 3 əsgərimiz şəhid olursa, onların ruhuna hörmət edən adam konsert verməz.

Bu, ayıbdır. Ən azı heç olmasa, bəzi televiziya kanallarında yayımlanan şou verilişlərin aparıcıları öz müğənni qonaqlarını ayağa qaldırıb, onların ruhuna hörmət etdirməli və başsağlığı verməlidir. Bu sözlər mütləq deyilməlidir. Bizim bir sıra şou aparıcılarında da mənfi cəhətlər çoxdur... Bu dünya düzəlmir ki, düzəlmir. Nə jurnalisti düzəlir, nə də müğənnisi. Ancaq bəzi jurnalistlər ancaq lotu-potu müğənnilərdən yazırlar./publika/
1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...