Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Bakıda avtobus ölümə səbəb oldu

Bakıda sərnişin avtobusu ölümə səbəb oldu. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sabunçu rayonunun B.Bünyadzadə küçəsində baş verib.

Belə ki, ötən gün adıçəkilən küçədə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pəri Mahmudova vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Daewoo” markalı avtobusun törətdiyi bəlli olub. Nəqliyyat vasitəsinin sürücüsü Bakı şəhər sakini Rafael Tağızadə tutulub./ans/
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP