Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2015

Suriyada baş verənlərə görə şəxsən Ərdoğan günahkardır

Bunu Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın “Foreign Affairs” jurnalına müsahibəsində bildirib.

R. Tayyib Ərdoğanı İŞİD terror təşkilatını dəstəkləməkdə günahlandıran B.Əsəd ABŞ-ın Türkiyəyə təzyiq göstərməyini tələb edib: “ABŞ İŞİD-lə mübarizədə daha fəal olmalıdır; təkcə hərbi baxımdan deyil, siyasi baxımdan da. Terrorçular hava hücumlarına bu qədər uzun müddət tab gətirə bilirlərsə, deməli, türklər onlara silah və pul göndərir. ABŞ "əl-Qaidə"yə dəstəyi dayandırmağı üçün Türkiyəyə təzyiq gəstərmir. Söhbət hərbi təzyiqdən getmir."

Müxbirin “Amerikadan nə istəyirsiniz?” sualını B.Əsəd belə cavablandırıb: “Birincisi, üsyançıları dəstəkləməmələri üçün Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərə təzyiq göstərməyini. İkincisi, bu cür hücumları həyata keçirmək üçün hökumətimizin icazəsi ilə Suriya ilə qanuni əməkdaşlıq etməyini. Bunu etmədilər. İndi baş verənlər isə qeyri-qanunidir."/SalamNews/
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber