Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

28 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa düçəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 28-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yanvarın 28-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Yanvarın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
2