Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Nicat Əliyev və dindarların məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində islamçı jurnalist Nicat Əliyev və bir qrup dindarın məhkəməsi keçirilib

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

Prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Məhkəmə iclasında Nicat Əliyevin vəkili Anar Qasımlı son sözlə çıxış edib. O çıxışında qeyd edib ki, “Burada çıxış etməklə özümü təhqir olunmuş hesab edirəm. Çünki mən burada sadəcə deklarasiya rolunda çıxış edirəm. Mən Nicat tutulanda onun vəkili təyin olunmuşdum. Amma mən Nicat Əliyevlə görüşmək istədiyimi deyəndə, mənə söyüş söyüb təhqir etdilər. Dedilər ki, burada hakimdə bizik, vəkildə. Nicat Əliyevin adı Ştrasserin siyasi məhbuslar siyahısına salınmışdı. Bu səbəbə görə Nicata tutulandan 9 ay sonra yeni və ağır ittihamlar irəli sürdülər.”

Hakim bu zaman vəkil Anar Qasımlının çıxışına müdaxilə edib: “İşlə bağlı danışın.”

Anar Qasımlı isə: “Xahiş edirəm çıxışıma müdaxilə etməyin və obyektiv olun. Əslində Xəzərin nefti və kürüsü Avropada işə yaradı və Ştrasserin siyahısı qəbul olunmadı. Azərbaycan hakimiyyətidə bu barədə olan qələbəsini təntənəli surətdə qeyd etdi və Nicat Əliyevə qarşı olan ittihamları ağırlaşdırdı. Əvvəllər siyasi məhbuslara dövlət ittihamçıları şərti is istəyirdi. Lakin indi bunun əksinin şahidi oluruq. Mən həmişə fikirləşirəm ki, niyə inanclı insanlar həbs olunur, amma cinayətkarlar yox. İndi başa düşürəm ki, onları Allah imtahana çəkir. Cənab hakim burada hamımız imtahandayıq. Sizdə bizim kimi imtahandasınız. Burada sizin ədalət hissiniz imtahana çəkilir. Xahiş edirəm ədalətli olun. Hacı Abgül Süleymanovun disklərdəki çıxışları onun işində dini, irqi ayrı seçkilik maddəsi ilə ittiham olundu. Amma Nicat Əliyevin işində o çıxışlar hakimiyyət əleyhinə çıxış kimi irəli sürülür. Mən vəkil olaraq deklarasiya rolunda ancaq bu qədər çıxış edə bilərəm. Nicat Əliyevin və digər dindarların bəraət almasını sizdən istəyirəm. Sağolun” deyib.

Daha sonra təqsirlənidirilən Elvin Nəsirovun və Ceyhun Əliyevin vəkili Elçin Əliyev çıxış edib: “Elvin disk paylayarkən saxlanılmayıb, evində olarkən saxlanılıb. Maraqlısı budur ki, evə birinci dəfə deyil, ikinci dəfə baxış zamanı narkotik aşkarlanıb. Narkotik ittihamı yalan, şər və böhtandır. Polis əməkdaşları özləri narkotiki qoyub. Hal şahidləri də ştatdan kənar polisə işləyir. Narkotiklə bağlı bütün istintaqa baxsanız, bu hal şahidlərinin birinci dəfə deyil, dəfələrlə belə işlərdə hal şahidi olduqlarını görmək mümküdür. O hal şahidlərinin əksəriyyəti əvvəllər narkotiklə həbs olunub. Disklərdə hicab qadağasından söz açılır. Hal hazırda bu məsələ gündəmdədir. Mətbuatda bu barədə tənqidi yazılar gedir. O zaman gedin o mətbu orqanlara qarşıda cinayət işi başladın. Axı bu gənclərin bu ittihamlarla həbs olunması ədalətsizlikdir. Diskdə deyilir ki, Qarabağı ancaq axirət uşaqları azad edə bilər. Burada nə var axı? Cinayət əməli nədir bu sözdə? Ekspertə mən şübhə etdim. O faktlarla danışmadı. Məhkəmədən xahiş edirəm bu məsələyə diqqətli yanaşasınız. Avroviziyanı tənqid etmək hər kəsin hüququdur. Burada axı cinayətlə bağlı nə tapmısınız ki, bu inanclıları həbs etmisiniz. Diskdə Şəhid Mübarizdən danışılır. Prezident Şəhid Mübarizin ailəsinə ordenlər verir. Amma Şəhid Mübarizdən fəxrlə danışan inanclı gənclər həbs olunur. Ədalətsizlikdir bu. Xahiş edirəm bu gənclər barəsində bəraət hökmü çıxarasınız.”


Samir Hüseynovun vəkili Azər Əzizov çıxış isə çıxışlarında deyib: “Mən müstıntiqlə görüşəndə ittiham aktındakı ziddiyyətləri ona dedim. Müstəntiq də belə cavab verdi ki, onsuz da ittiham aktının üz qabığına görə hökm çıxarılacaq, içindəkinə görə yox. Bu insanları bu ittihamlarla həbs etmək heç kimə şərəf gətirməyəcək. Disklərdə deyilir ki, “gey”ləri ölkəyə buraxmayın yoxsa Allah ölkəyə bəla göndərəcək. Bu sözə görə axı adamı həbs etməzlər. Bu gün bir yəhudi desəki İsa (ə) və Məhəmməd (s) peyğəmbər deyil onu heç kim həbs etməz. Çünki qorxacaqlar ki, ABŞ-dakı Masonlar birdən narahat olar. Mason Mossad xüsusi xidmət orqanı məlumat yaydıki Avroviziya zamanı ölkədə terror olacaq. Daxili İşlər Nazirliyidə tutdu bu cavan uşaqları və şərlədi. Məsələnin mahiyyəti sadəcə budur. Mən sonda bunu demək istəyirəm ki, bu insalara bəraət verilməlidir. Xahiş edirəm bəraət hökmü verin.”

Növbəti proses 28 noyabr saat 10:30-a təyin edilib.
1790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi