Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

İŞİD 24 saatdan sonra ikinci yaponiyalı girovun başını kəsəcək

İŞİD terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib. “Frans Press”-in verdiyi xəbərə görə, məlumata əsasən, edam İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə baş tutacaq. Səccidə ər Rişauyi 2005-ci ildə Ammanda partlayış törətməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, İŞİD-in yaydığı video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Maaz Kəssasbehin şəklini tutub.

Bundan əvvəl İŞİD girov götürdüyü Yaponiya vətəndaşıXaruna Yukavanı edam edib.
625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi