Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Avropa çempionatının ev sahibləri müəyyənləşdi

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2015-2018-ci illərdə keçiriləcək 11 mötəbər yarışın ev sahibləri müəyyənləşdirilib.

Avropa futbol qurumu bu il keçiriləcək futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na təşkilatçılıq hüququnu Portuqaliyanın “Sportinq” klubuna verib. 2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına isə Sloveniya ev sahibliyi edəcək.

2017-ci ildə təşkil olunacaq U-19 yığmaları arasındakı Avropa çempionatının ev sahibliyi hüququ qonşu Gürcüstana verilib.

Futzal üzrə UEFA kubokunun “Dördlər finalı” (2015) - Lissabon, Portuqaliya
Furzal üzrə Avropa çempionatı (2018) - Sloveniya
U-21-lərin Avropa çempionatı (2017) - Polşa
U-19-ların Avropa çempionatı (2017) - Gürcüstan
U-19-ların Avropa çempionatı (2018) - Finlandiya
U-17-lərın Avropa çempionatı (2017) - Xorvatiya
U-17-lərın Avropa çempionatı (2018) - İngiltərə
U-19-ların (qızlar) Avropa çempionatı (2017) - Şimali İrlandiya
U-19-ların (qızlar) Avropa çempionatı (2018) - İsveçrə
U-17-lərın (qızlar) Avropa çempionatı (2017) - Çexiya
U-17-lərın (qızlar) Avropa çempionatı (2018) - Litva
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33