Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

10 min Ukrayna əsgəri mühasirədədir

Ukraynanın şərqində, etirazçıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşən Debaltseve şəhəri yaxınlığında dəhşətli döyüşlər gedir.

Ukrayna ordusunun 5 mindən 10 minə qədər əsgəri məhz bu şəhərdə mühasirəyə düşüb.
Rusiyanın “Rossiya 1” kanalının yaydığı məlumata görə Ukrayna ordusnun mühasirədən yeganə çıxış yolu Artyomovsk magistral yolundan keçir. Buradan isə keçmək mümkün olsa belə itkisiz baş verməyəcək.

Ukrayna ordusnun sözçüsü Vladyslav Seleznyov yanvarın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında hadisələri Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra ən pis vəziyyət kimi qiymətləndirib.
851 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber