Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə müraciət

Rüstəm İbrahimbəyov Millli Şura sədri Cəmil Həsənliyə və Koordinasiya Şurasının yeni tərkibinə müraciət edib. Müraciətdə deyilir:
«Koorinasiya Mərkəzinin yeni seçilən üzvlərini təbrik edirəm. Müntəzəm olaraq fikir mübadiləsi hətta hakimiyyət tərəfindən sərt təzyiqlər şəraitində sessiyanın uğurlu yekunlarında şübhə yeri qoymur. Sessiyada müzakirə edilən məsələlər ölkəmizin sərhədlərindən kənarda da görünən bu günki həyatının əsas problemlərinə toxunub. Azərbaycandakı ictimai-siyasi situasiya, ilk növbəti siyasi məhbusların taleyi bütün dünya ictimaiyyətini narahat edir. Məhbusların azad edilməsi ilə bağlı çağırışlar dünyanın əksər ölkələrində səsləndirilir.
Təəssüf ki, Azərbaycan hakimiyyəti bunu ölkənin daxli işlərinə qarışmaq kimi qəbul edir.
Ancaq hətta dünya ictimaiyyətinin fikrinə etinasız yanaşandan da anlamaq vacibdir ki, iyirmi ildən artıqdır olduğumuz mürəkkə geosiyasi situasiya və yaxınlaşan maliyyə-iqtisadi böhran təhlükəsi cəmiyyətin bütün təbəqələrini birləşdirən vətəndaş həmrəyliyinə nail olmaq üçün ölkədəki dini, siyasi və maddi ehtiyatlarını səfərbər etməlidir. Ancaq belə yalnız hakimiyyətlə real müxalifət arasında dialoq başlayacağı təqdirdə mümkündür. Azərbaycan ziyalıları bir neçə il əvvəl öz forumunu təşkil edərək belə bir dialoqa təşəbbüs göstərməyə cəhd etdilər. Hakimiyyət bu təşəbbüsə onun yaradıcıları ilə sərt rəftarla cavab verdi. Ancaq əgər indi belə bir istək olsa və rejim dialoqa getsə, bu siyasi məhbusların azad edilməsi ilə başlamalıdır. Bu ölkə rəhbərliyinin niyyətinin səmimi olduğunu təsdiq edəcək.
Təəssüf ki, mövcud reallıq hadisələrin belə inkişafına inanmağa əsas vermir. Ancaq hətta az ehtimalla ziyalılar öz övladlrı və nəvələrini naminə vətəndaş mövqeyini fəallaşdırmalıdır.
Əziz Cəmil, Milli Şuranın mövcudluğu və fəaliyyətinin vacibliyi getdikcə artır – mürəkkəb dövrlərdə hər bir xalqın təyanatın hakimiyyət deyil, özünə deyil, xalqa xidmət etməli olduğunu unudan hakimiyyətlə mübarizə olan birləşdirici nüvəsi olmalıdır.
Ölkəmiziin siyasi həyatının təcrübəsi onu deməyə əsas verir ki, əsas problem demokratik qüvvələrin birləşməsidir.
Yarandığı gündən Milli Şura öz sıralarına Azərbaycanda konstitusion idarəetmənin tətbiqinə can atan cəmiyyətin ən geniş dairələrinin nümayəndələrini sıralarına toplamağa çalışır. Məncə Koordinasiya Mərkəzinin yeni seçilən heyəti bu prinsiplərə tam uyğundur.
Milli Şura yaranan gündən bir sıra partiya və hərəkatların nümayəndələri ordan çıxdı, ancaq keçən sessiyanın yekunları mövqeyimizin, təşkilatı strukturumuzun dayanıqlı olduğunu və sənin simanda ölkənin demokratik qüvvələrinin yeni layiqli lider əldə etdiyini sübut etdi.
Bir daha hamınızı təbrik edirəm.

25. 01. 2015

Rüstəm İbrahimbəyov
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47