Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Metroda daha bir "ÇP"

Bakı metrosunda bu gün yenidən problem yaranıb.

Nasazlıq "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Belə ki, "Nizami" stansiyasından "Elmlər Akademiyası"na gedən qatar sərnişin dolu qatar 10 dəqiqədən artıq tuneldə qaldı. Maşinist vaqonlardan keçərək ən sondakı qatara getdi və qatarı yenidən "Nizami" stansiyasına qaytardı. Stansiyada qalan qatardan sərnişinlər boşaldıldı. Lakin qatar hərəkətsiz vəziyyətdə bir müddət "Nizami" stansiyasında qaldı. Sərnişinlərin bir hissəsi isə stansiyadan çıxaraq yollarına avtobus, taksilərlə davam etdilər".

Qeyd edək ki, "Nizami" stansiyasındakı problem "28 May" stansiyasında da hiss edilib. Belə ki, "Dərnəgül"ə gedən qatar istiqamətini dəyişərək "İçərişəhər" istiqamətində hərəkət edib. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ans-ə açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən 38 saylı qatarda problem yaranıb: “Qatar “Nizami” ilə “Elmlər Akademiyası” stansiyası arasında hərəkət edərkən tuneldə dayanıb. Bundan sonra sərnişinlər “Nizami” stansiyasında boşaldılıb və digər xətt vasitəsi ilə nasaz qatar depoya göndərilib. Nasaz qatara görə 10 dəqiqəlik gecikmə olub və buna görə də interval pozulub. Bu isə digər qatarların hərəkətində gecikmələrə gətirib çıxarıb”.
“Bakı Metropoliteni” QSC-nin rəsmisi qeyd edib ki, hazırda ehtiyat qatar xəttə buraxılıb və qısa müddət ərzində interval bərpa olunacaq.
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41