Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

İŞİD girovundan dünyaya

İŞİD-in əlində girov olan Yaponiya vətəndaşı Kenzi Qotonun yeni videomüraciəti yayılıb.

Yapon jurnalistin müraciət İŞİD tərəfindən dünən - 27 yanvarda axşam saatlarında internetə yerləşdirilib.

Videokadrlarda yapon girov əlində iordaniyalı pilotun fotosunu tutaraq bildirir ki, bu, onun sonuncu müraciətidir. Kenzi Qoto Yaponiya hökumətinə müraciət edərək haqqında ölüm hökmü çıxarılmış Sacida al-Rişavinin onunla dəyişdirilməsi üçün İordaniya hökumətinə təzyiq göstərilməsinə çağırır;

"Girovluqda qalmamın səbəbi Sacida al-Rişavinin hələ də İŞİD-ə verilməməsidir. Mənim vaxtım artıq başa çatmaq üzrədir. Axı nəyə görə bu dəyişdirilmə belə çətin həyata keçirilir? Bundan sonra 24 saat vaxtım qalıb. İordaniya tərəfinin cavabı gecikdirməsi iordaniyalı pilotun, sonra isə mənim ölümüm ilə nəticələnəcək. Baş verənlərə görə məsuliyyət İordaniya rəhbərliyinin üzərinə düşəcək".

Qeyd edək ki, yanvarın 28-də səhər saatlarında Nazirlər Şurasının iclasını keçirən Baş nazir Şinzo Abe əlaqədar nazirlikləri yapon girovun azad olunması üçün var qüvvələri ilə çalışmağa çağırıb. Nazirlər qarşısında çıxış edən Ş.Abe bildirib ki, yaranmış vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, hökumət K.Qotonun azad edilməsi üçün mümkün olan hər şeyi edəcək.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:53
İranda