Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

“Ola bilər, kimisə ona bənzədiblər”

Asim Məmmədovun anası: “Ola bilər, kimisə ona bənzədiblər”

Ötən həftə evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovdan hələ də xəbər yoxdur

Bunu “Media forum” saytına Asimin anası Samirə Məmmədova deyib. Samirə Məmmədova bildirib ki, bu günədək yalnız bir nəfər – təhsil aldığı universitetdəki müəlliməsi kiminsə Asimi şəhərdə gördüyünü deyib: “Amma bu, məncə, yanlış məlumatdır. Ola bilər, kimisə ona bənzədiblər”. Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsindən də sayta deyiblər ki, Asim Məmmədovun axtarışı hələlik nəticə verməyib. Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər. Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.
1920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP