Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Suriyada terrorçuların 20 komandiri məhv edilib

Suriyanın şimalında yerləşən İdlib əyalətinin Sərmin qəsəbəsində “ən-Nusra Cəbhəsi”, “Cundul-Əqsa”, “Əhraruş-Şam”, “Suyuful-İslam” terror qruplaşmalarının komandirlərinin toplantısının keçirildiyi obyektə aviazərbə endirilib.

SANA agentliyinin verdiyi xəbərə görə, hücum nəticəsində qruplaşmaların 20 komandiri ölüb, səkkiz texnikası sıradan çıxıb. Komandirlərin bəzilərinin xarici ölkə vətəndaşları olduqları bildirilir.

"Əhraruş-Şam"ın İdlibin Cisr-Şuğur rayonunun Nəhlə bölgəsindəki sığınacağına da hava zərbəsi endirilib ki, nəticədə 16 silahlı məhv olub. Onların hamısı xarici ölkə vətəndaşlarıdır.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupu son sutka ərzində ən şiddətli qarşıdurmaların elə İdlibdə getdiyini bildirib./SalamNews/
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı