Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Sionist rejimi son nəfəslərini alır!

Qüdsün azadlığı yaxındır! 
 
Nur-az.com-un məşriq.ir-a istinadən:
Tehranın “Əmirəlmöminin” məscidində Suriyanın cənubunda sionist rejimi tərəfindən şəhid edilən hərbiçilərin xatirəsinə həsr edilən mərasimdə İran İslam Respublikasının Sepah Təşkilatının baş komandanı general Məhəmməd Əli Cəfəri bildirib ki, həzrət İmam Xomeyninin vədə verdiyi kimi, müqəddəs Qüdsün azadlığı yaxındır.

O, deyib ki, işğalçı sionist rejimi son nəfəslərini alır və özü də bilir ki, axırına bir şey qalmayıb.
Cənab generalın fikrincə, bütövlükdə şəhidlərin, eləcə də, son hadisədə Qüneytirədə şəhid olanların qanı bizə həmin üfüqü işıqlandırır və tezliklə həyata keçəcək.

General sionist rejimin İranın Suriyada fəaliyyət göstərən hərbi müşavirlərindən vahimə barədə mövzuya toxunaraq bildirib ki, bu hiss onlarda təbiidir və bunu 8 illik müqavimət prosesində, 33 günlük Livan və eləcə də, son Qəzzə müharibələrində tamamilə müşahidə edib.

O, bunu da qeyd edib ki, bütün bu hadisələr, o cümlədən Müqavimət Hərəkatı imam Xomeyninin amalından qaynaqlanan iman dolu mübarizə yoludur ki, onlarda hər hansı qorxu və vahimə doğurmaya bilməz.
805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı