Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

İsmayıllıda da mühafizəçilər ayağa qalxır

“Azər mühafizə” MMC-nin İsmayıllı filialında işləyənlər də etirazlara hazırlaşır.

Dələduz şirkət müdiri Vüqar Hüseynovun aldatdığı 7 min mühafizəçidən bir hissəsi də bu rayonda depozit qoyub.

Onlar Şabran, Qazax, Tərtər və başqa bölgələrdə olan həmkarları kimi əmək haqlarını ala bilməyib. Mühafizəçilər aksiyalara başlamağı planlaşdırır. Onların arasında 3-10 min manat civarında depozit qoyanlar var.

İsmayıllının mərkəzində mühafizə firmasının ofisi yerləşir və hüququ pozulanlar ora toplaşmağı nəzərdə tutub.

Azərbaycanda irimiqyaslı dələduzluq faktlarından biri olan bu hadisə artıq böyüməkdədir. V.Hüseynova məxsus “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti də vətəndaşlara kələk gəlib. Barəsində cinayət işi açılmış idarə müdirinin mənimsədiyi vəsaitlərin mühafizəçilərə qaytarılıb-qaytarılmayacağı sual altındadır./axar/
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 22:55
Bakı metrosunda gənc