Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Yaponiya İŞİD-in təklifini qəbul etdi

Yaponiya İŞİD-in yapon girova görə təklif etdiyi tələbləri qəbul edib.

İordaniyanın paytaxtı Əmmandakı Yaponiya səfirliyi İŞİD-in yapon vətəndaşı sərbəst buraxacağı təqdirdə Sacida al-Rişavini azad ediləcəyini açıqlayıb.

Səfirlikdən bildirilib ki, yapon girovun azad edilməsi üçün məhkum Sacida al-Rişavi İŞİD-ə təhvil veriləcək.

Qeyd edək ki, İŞİD ötən həftə girov götürdüyü iki yapon girovun sərbəst buraxılması üçün Yaponiyadan 200 milyon dollar istəmişdi. Bir neçə gün sonra razılıq əldə edilmədiyi üçün terrorçular yaponlardan birini, Yukavanı öldürmüşdü. Digər girov Kenji Qoto üçün isə 24 saatlıq müddət verilmişdi. İŞİD Qoto üçün İordaniyada haqqında edam hökmü çıxarılan Sacida al-Rişavinin azad edilməsini istəmişdi.

Sacida al-Rişavi 2005-ci ildə İordaniyanın paytaxtı Ammanda yoldaşı və 2 İraq komandiri ilə birlikdə terror aktı törətməyə cəhd edib. Terror aktı zamanı üzərindəki bombalar patlamadığı üçün sağ olaraq ələ keçirilən Sacida şəhərin ən böyük üç otelini partladmaqda günahlandırılır. 25 yaşlı Sacida "əl-Qaidə"nin İraq qolunun rəhbərlərindən biri kimi tanınır./ans/
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26