Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

İŞİD-in amerikalı səhra komandiri məhv edildi

Suriya ərazisində gedən döyüşlərdə İŞİD-in yüksək mənsəbli komandiri Əbu Mühəmməd əl-Amriki ölüb.

Bu barədə NBC News xəbər yayıb. Terrorçunun ölümü barədə xəbəri Amerikanın terrorçu qrupların fəaliyyətini izləmək üzrə ixtisaslaşmış Flashpoint Intelligence təşkilatı da təsdiqləyib. Təşkilat bildirib ki,terrorçular əl-Amrikinin həlak olması barədə bir-birilə xəbərləşərkən səs yazıları qeydə alınıb.
Pentaqon və MKİ hələlik bu xəbəri təsdiq etməyiblər. Terrorçunun həlak olduğu məkan və zaman barədə də dəqiq məlumat yoxdur.

Əbu Mühəmməd əl-Amriki 2014-cü ilin fevralında internetdə yayılan bir videodan sonra Qərbdə məşhurlaşıb. O zaman o, özünün amerikalı olduğunu bildirmiş və qeyd etmişdi ki, ABŞ vətəndaşıdır. Ancaq mütəxəssislər onun ingiliscə danışığında güclü aksent olduğunu təsbit etmiş və bu qənaətə gəlmişdilər ki, bu adamın Amerikada olması uzun müddət deyil, o ya ABŞ-da çox yaşamayıb, ya da bu ölkəyə yetkin yaşlarda köçüb./musavat/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33