Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Hərbçilərimiz qəzaya düşdü

Tovuzda hərbçilər qəzaya uğrayıblar. Kəpəz TV-nin (Region TV) məlumatına görə, qəza gecə saatlarında baş verib.
Rayonun Öysüzlü kəndi ərazisində qeydə alınan hadisə zamanı "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrildikdən sonra yol kənarındakı tikiliyə çırpılıb. Qəza o qədər şiddətli olub ki, sürücü, Şəmkir rayon sakini Orxan Quluzadə və onun sərnişini, Beyləqan rayon sakini Tural Əhlimanlı ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, kənddən Tovuz istiqamətinə gedən "VAZ 2106" sürət həddini aşıb. Qəfil idarəetməni itirən sürücü sükana hakim ola bilmədiyindən qəza baş verib ki, nəticədə avtomobil bir neçə dəfə çevrilib və təkəri sınaraq avtomobildən bir neçə metr uzaqlığa düşüb.
Hadisə zamanı xəsarət alanların hərbçi olduqları bildirilir. Faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı