Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2015

Leyla Yunusun qızı AŞPA prezidentinin kabinetində

Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braser Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatdır.

Bu barədə o, özünün Twitter səhifəsində qeyd edib.

“Mən Azərbaycanda insan haqlarının pisləşməsindən ciddi narahatam və Azərbaycan hakimiyyətini bir daha öhdəliklərinə hörmət etməyə çağırıram”, - o yazıb.

AŞPA prezidenti hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla görüşündən də yazıb.

Yanvarın 27-də Avropa Şurasında “Azərbaycanda mətbuata basqılar” adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnieks çıxış edib.

“Azadlıq” radiosunun məlumatına görə, komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb olduğunu deyib.

O bildirib ki, Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Mujnieks bunu qisas adlandırıb.

“Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara hücumlar arasında əlaqə açıq- aydın görünür. Məhz bu səbəbdən bu, birbaşa olaraq Avropa Şurasının problemidir”, - o vurğulayıb./Turan/
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber