Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2013

Yəhudi lobbisi Obamanı cəzalandırır

ABŞ prezidentinin son addımları Konqresdəki yəhudi lobbisinin qəzəbinə səbəb olub
Məlum olduğu kimi, ABŞ hökuməti ilə Konqres arasında baş verən anlaşılmazlıq hökumətin fəaliyyətini dayandırması ilə nəticələnib. Belə ki böhran vaxtı dövlət idarələrində yalnız mütləq personal işini davam etdirəcək. Yəni başqa sözlə, Amerika hökumətinin 2 milyon 900 min işçisindən 800 min nəfəri müddətsiz məzuniyyətə göndərilib.
Xəbər verilir ki, iqtisadi böhran muzeylərdən milli parklara, pasport bürolarından orduya qədər bütün sahələrə təsir edəcək. 400-ə yaxın park, eləcə də muzey və zooparklar iqtisadi böhran ərzində bağlı olacaq. Prezident Barak Obama və onun Konqresdəki respublikaçı əleyhdarları öz mövqelərini dəyişməkdən imtina edirlər. Obama bu məsələdə onun Səhiyyə İslahatları qanununu hədəfə alan respublikaçıları günahlandırır, prezident bildirib ki, qanunverici orqanın qəti qərara gəlməməsi və dövlət müəssisələrinin maliyyələşdirilməməsi Amerika iqtisadiyyatına mənfi təsir edəcək.
Respublikaçılar demokrat prezidentin xalq arasında “Obamacare” kimi tanınan səhiyyə qanununda dəyişikliklər və yubanmalar olmadan büdcəni təsdiq etməkdən boyun qaçırırlar. Müxalif respublikaçılar Nümayəndələr Palatasında çoxluq təşkil edir. Anlaşma əldə olunması ehtimalı az görünür.
Qeyd edək ki, ABŞ hökumətində respublikaçıların ağırlıq təşkil etdiyi Konqresin bir qanunla bağlı anlaşa bilməmələri və bu anlaşılmazlığın hökumətin fəaliyyətinə bu şəkildə təsiri ilk baxışdan gözlənilməzdir. Əlbəttə, aydındır ki, hələ əvvəldən Konqresdə respublikaçılar Obamanın səhiyyə qanununa qarşı çıxmışdılar. Ancaq vəziyyətin bu həddə çatmasının arxasında başqa səbəblər olduğu iddia edilir. Bir sıra ekspertlərə görə, Konqreslə Ağ Evin anlaşa bilməməsinin arxasında Obamanı cəzalandırmaq niyyəti dayanır. Məlum olduğu kimi Amerika Konqresində, xüsusən də xarici əlaqələr komitəsində yəhudi lobbisi xeyli dərəcədə güclüdür. Bundan başqa Konqresdə yəhudi lobbisinə, eləcə də silah sənayesinə xeyli dərəcədə yaxın olan siyasətçilər mövcuddur. Hazırda Konqresin nümayəndələr palatasında çoxluq məhz yəhudi lobbisinə yaxın, eyni zamanda müharibə tərəfdarı olan respublikaçılar təşkil edir.
Obamanın Konqreslə anlaşmamasının arxasında dayanan əsas səbəb ABŞ prezidentinin son zamanlar sərgilədiyi yumşaq mövqe olub. ABŞ hökumətinin Suriyaya hərbi müdaxilədən imtina etməsi, Rusiyaya güzəştə getməsi və nəhayət, İranla mülayimləşmə xətti Amerikada ciddi qınaqlara səbəb olub, eyni zamanda İsrail dövləti açıq şəkildə Obamanın İranla yumşalma xəttini şübhə altına alan açıqlamalar verib. İsrail baş naziri isə yeni situasiyanı müzakirə etmək üçün Amerikaya səfər edəcəyini bildirib. Yeri gəlmişkən, iki gün öncə məlum oldu ki, avqustun sonlarında Suriyada kimyəvi silahdan istifadə məsələsi meydana çıxanda Fransa Suriyaya hərbi müdaxilə etməyə hazırlanıb. Ancaq son anda məhz Amerika hökumətinin razılıq verməməsi ilə əməliyyat təxirə düşüb.
Qeyd edək ki, Barak Obamanın Yaxın Şərq məsələsində sələfindən fərqli olaraq müharibə deyil, diplomatiyaya üstünlük verməsi, eyni zamanda İsrailə təsir göstərərək Fələstin münaqişəsində tikintiləri dayandırmaq cəhdi, Suriya məsələsində hərbi həll variantından imtina etməsi, nəhayət, İranla danışıqların önünü açması Amerikada savaş tərəfdarları və onlara yaxın mediada tənqidlərə səbəb olub. Sonuncu dəfə Sankt-Peterburqda G-20 zirvəsində Obamanın Rusiyanın Suriya məsələsi ilə bağlı təklifini qəbul etməsini “Nyu-York Times” qəzeti Putinin qələbəsi adlandırmışdı.
İndisi isə Amerika prezidenti açıq şəkildə şantaja məruz qalıb. Bu prosesin nə zamana qədər davam etməsi məlum deyil. Ancaq istənilən halda bu, yumşaq deyilsə, Obamaya xəbərdarlıqdır, daha çox davam edəcəyi halda isə cəzalandırma hesab olunacaq.

Kənan RÖVŞƏNOĞLU/Müsavat
1845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat