Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

İran: “Altılıq” ölkələri ilə danışıqlarda hələlik irəliləyiş yoxdur

İran tərəfi bəyan edir ki, “Altılıq” ölkələri ilə Cenevrədə iki gün davam edən danışıqlarda hələlik irəliləyiş yoxdur. Aapa-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran KİV-ləri məlumat yayıb.

“İrəliləyiş olmayıb”, deyə İran XİN rəhbərinin müavini Mehr agentliyinə bildirib.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri və “altılıq” qrupunun əlaqələndiricisi Ketrin Eştonun nümayəndəsi açıqlamasında bildirib ki, Tehran və “altılıq” ölkələri arasında saziş artıq bu həftə əldə olunacaq.

Danışıqlar noyabrın 22-də davam edəcək.
1754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber