Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

29 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 29-da hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal küləyi ilə
əvəz olunacaq.
Atmosfer təzyiqi normadan yüksək 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10
İki prezident R