Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

“Barselona" “Atletiko”nu məğlub etdi

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk matç günündə azarkeşlər bir qarşılaşma izləyib.

Belə ki, “Barselona” səfərdə “Atletiko”nun qonağı olub. İlk görüşdə “Nou Kamp”da Madrid klubunu 1:0 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi “Visente Kalderon” stadionunda da üstünlüyünü qorumağa çalışıb. Dieqo Simeonenin yetirmələri isə növbəti mərhələyə adlamaq üçün ən azı iki cavabsız qolla qalib gəlmək məcburiyyətində idi. Bu matçda istənilən heç-heçə, və ya bir top fərqli ilə istənilən hesablı məğlubiyyət də “Barsa”ya sərf edirdi.

Lakin qarşılaşmada Luis Enrikenin komandası yenə qalib gəlib. 5 qolun vurulduğu görüşdə “Barselona” 2:3 hesabı ilə madridliləri məğlub edərək, yarımfinala yüksəlib.

Digər oyunlarda isə “Xetafe" "Vilyareal"la, “Atletik” "Malaqa" ilə və “Sevilya” “Espanyol”la üz-üzə gələcək.
949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP