Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

Keşlə sakini tanışı tərəfindən bıçaqlandı

Gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 31 yaşlı İbrahimov İsmayıl Adil oğlu əvvəllər də tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.

Xəstəxanadan verilən məlumata görə, İsmayıl İbrahimov bel nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta ağırlıqdadır. İlkin ehtimala görə, tanışlar arasındakı mübahisə şəxsi münasibətlər zəmnində baş verib./ans/
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB