Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

Hizbullahın İsrailə qarşı əməliyyatına reaksiyalar

Bir çox ölkə, şəxsiyyət və siyasi partiyalar, habelə onlara bağlı media Hizbullahın sionist rejim olan İsraildən “Məzari Şiba” intiqam alma əməliyyatını dəstəkləmiş və bunu qəhrəmancasına bir addım adlandırmışlar.

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Hizbullah Suriyanın Quneytərə bölgəsində İsrail hərbi helikopterinin təcavüzü nəticəsində şəhid olan döyüşçülərinin intiqamını alıb. Hizbullahın əməliyyatı nəticəsində 17 İsrail hərbiçisi həlak olub.

Hizbullah əməliyyatın məsuliyyətini öhdəsinə götürərək bəyənat verib ki, təşkilatın hərbi qolunun “Quneytərə şəhidləri” taboru sionistlərin hərbi karvanına hücum edib. Nəticədə İsrail ordusunun 9 maşını sıradan çıxarılıb.
Hizbullahın əməliyyatından bir neçə saat sonra sionist rejim olan İsrailin ordusunun artilleriyası Livanın cənubuna zərbələr endirmişdir. Bundan əlavə rejimin pilotsuz təyyarələri və helikopterləri ölkənin şimalında uçuşlar da həyata keçiriblər.
Hizbullahın dünənki hücumu həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə müxtəlif reaksiyalara səbəb olmuşdur. Onların bəzisi bunlardır:

DAXİLİ REAKSİYA
- Əməl hərəkatı bəyənat verib: Hazırkı həssas və çətin siyasi vəziyyətdə, daxili, ərəb və İslam aləmində səyləri birləşdirmək, qüdrət və müqavimətin gecləndirilməsi vacibdir. Livanın İsrail işğalında olan Məzari Şiba və Kəfər Şubanın azad edilməsinin yeganə yolu müqavimətdir.

- Livan parlamentinin spikeri Nəbih Birri deyib: Hizbullahın İsrail əleyhinə keçirdiyi əməliyyatın yeri Livan torpağının bir hissəsidir.

- Milli Demokratik Dialoq təşkilatının rəisi Vəlid Hənbəlat deyib: Sionist rejim olan İsrailin Livana ehtimal edilən hücumunun qarşısında dayanmaq üçün münasib addımlar atılmalıdır.
Livan dəruzilərinin rəhbəri öz Twitter səhifəsində yazıb: Tezliklə böyük bir böhrana girəcəyimiz aydındır.
Hənbəlat İsraili bu böhranın səbəbkarı sayıb və yazıb: Əsas səbəb İsrail və Netanyahunun dəliliyinə qayıdır. Netanyahu gələcək seçkiləri öz xeyrinə etmək üçün bu addımı atır.

- Livanlı Qüvvələr partiyasının sədri Səmir Cəcə deyib: Hizbullahın Quneytərə əməliyyatına cavabı proqnozlaşdırılası deyildi. Hökumət, dövlət və xalq ciddi təhlükələrə hazır olsunlar.
O sionist rejimi pisləmək və müqaviməti himayə etmək yerinə deyib: Hizbullahın Livan xalqını İsraillə müharibədə şərik etməyə haqqı yoxdur.

- Beyrut alimlər heyəti Hizbullahı təbrik edərək deyib: Hizbullahın düşmənlə rəftarda tutduğu yol doğru yoldur. Düşmən qüdrət və münasib reaksiya dilindən başqa bir dil başa düşmür.

- Livanın cənubunda camaat Hizbullahın əməliyyat xəbərini eşdən kimi küçələrə axışmış və havaya atəş açmaqla şadyanalıq etmişlər.

- Sionist rejim olan İsrailin baş naziri Binyamin Netanyahu Hizbullahın hücumuna reaksiya verərək deyib: Məzari Şibaya olan hücumun əvəzini çıxacayıq.

- B. Netanyahu təhlükəsizlik komitəsinin iclasında deyib: Suriya və Livan dövləti hücuma görə məsuliyyət daşıyırlar.

- B. Netanyahu əlavə edib: Hizbullahın bu günkü hücumunda əməkdaşlıq edənlər bunun bədəlini ödəyəcəklər.
O əlavə edib: İran son vaxtlar Hizbullahdan istifadə edərək Qolanda yeni cəbhə açmaq istəyir.

- İsrail xarici işlər naziri Aviqdor Liberman deyib: İsrail Hizbullahın hücumuna qüdrətlə cavab verməlidir.

- Sionist rejim olan İsrailin ehtiyatda olan polkovniki İsrail Zeyo Reuters-ə müsahibəsində İsrail rəhbərlərinə tövsiyə edib ki, ölkəni Suriya böhranına daha çox sürükləyən addımalardan uzaqlaşmaq lazımdır.

- O bu barədə deyib: İsrail öz mənafiyini himayə etməlidir. Lakin zəruri olmayan addımları atmamalıdır. Belə addımlar bizi Suriya qarşıdurmasına çəkə bilər.

- İsrail kanalı olan Kanal 2 bildirib: Ölkənin ordusu bu günkü əməliyyata qısa və uzun müddətli cavabı araşdırır.

- İsrailin hərbi eksperti Run Ben Yeşay deyib: “Dünən (hücumdan bir gün öncə) Hizbullah aldadıcı bir əməliyyatla İsrailin diqqətini Məzari Şibadan yayındırdı və bu gün İsrailə zərbə vura bildi.” O həqiqətdə İsrailin Hizbullaha aldandığını etiraf edib.

- Haaretz qəzeti baş nazirin aparatından bir mənbəyə istinadla yazıb: Netanyahunun fikrincə hücumun səbəbkarı İrandır.

- Times of İsrael: İsrailin Müharibə Nazirliyi bu fikirdədir ki, bu Hizbullahın son reaksiyası deyil. Buna görə də Hizbullahın İsrailin içərisinə uzanmış olan tunellərini axtarır.

REGİONAL REAKSİYA
- Fələstində İslam müqaviməti təşkilatı olan HƏMAS Hizbullahın sionist rejim olan İsrailə cavabını təşkilatın haqqı bilib və bunu müsbət dəyərləndirib.

- Cihad əl-İslaminin hərbi qolu olan Səraya əl-Quds taborları da Hizbullahın sionist rejim olan İsrailə qarşı əməliyyatını dəstəkləyib və əməliyyata görə Hizbullaha təşəkkür edib.

- “Fələstinin azadlığı üçün xalq cəbhəsi” də Hizbullahı təbrik edərək deyib: Bu əməliyyat Hizbullahın qüdrətinin göstəricisidir. Habelə Quneytərə cinayətinə cavab olaraq əvəz çıxma qüdrətinin göstəricisidir.

- Fələstinin əl-Mucahidin hərəkatı və Əbdülqadir əl-Hüseyni taborları da Hizbullahın əməliyyatını İsrailin Quneytərə cinayəti qarşısında təbii haqqı saydı.

- Ərəb Ölkələri İttifaqının baş katibi Nəbil əl-Ərəbi də Təhlükəsizlik Şurasından istəyib ki, Livandakı böhranlı vəziyyəti dayandırmaq üçün hərəkətə keçsin. O Hizbullahın komandirlərinin Quneytərədə terror edilməsinə heç bir reaksiya verməmişdi. Lakin indi TŞ-dan belə addım atmağı tələb edib.

- Əl-Qüds taborlarının məsul şəxsi Fars News-a müsahibəsində bildirib: “Hizbullahın əməliyyatı sionist düşmənə açıq mesajdır. Belə ki, bu sionist rejimin ərəb ölkələrinə ardıcıl təcavüzlərinə yüyən vurmağın yeganə yolu müqavimətdir.”

- Fələstin İslami Cihad Hərəkatının siyasi aparatının üzvü Şeyx İzam Fars News-a müsahibəsində deyib: Əvvəlcə biz Hizbullah mücahidlərinin bu qəhrəman əməliyyatını Hizbullahın rəhbərləri və hərbi kadrlarına təbrik deyirik. Bu əməliyyat Suriyanın Qolan bölgəsində Hizbullahın mübarizlərinin terroruna görə sionist rejimdən əvəz çıxma addımı oldu.
O deyib: Təcavüz edən İsrail idi. Qarşı tərəfdə isə Hizbullah özünü müdafiə etdi. İsrailin Livandan işğal etdiyi ərazidə Hizbullahın misilsiz əməliyyat keçirməsi çox düşünülmüş addımdır. Çünki Hizbullah Livan xalqını yeni müharibədən uzaq saxlamaq istəyir.

- Fələstinin İslam müqaviməti təşkilatları Qəzzədə toplanaraq Hizbullahın sionist rejim əleyhinə əməliyyatını dəstəkləyiblər. HƏMAS, İslami cihad, Fəth və Fələstinin azadlığı üçün xalq cəbhəsi üzvləri bu toplantıda Hizbullahı himayə etmiş və bildirmişlər: Sionist rejim olan İsrailin Livan, Suriya və ya başqa müsəlman ölkəsinə qarşı heç bir təcavüzü cavabsız qalmayacaq. Sionistlər öz cinayət və təcavüzlərinə görə reaksiyaları gözləsinlər.

BEYNƏLXALQ REAKSİYA
- Sionist rejim olan İsrailin təcavüzünü pisləməkdən çəkinmiş Amerika dünən Hizbullahın əməliyyatını pisləyib və bunu “qəddar addım” adlandırıb.

- ABŞ XİN sözçüsü Jen Psaki böhran yaranmaması üçün hər iki tərəfin özünü gözləməsini istəyib. O deyib: Biz İsrailin təbii özünü müdafiə haqqını dəstəkləyirik. Biz bundan öncə də regionda asayişin pozulmasına səbəb olan Suriya böhranının fəsadlarından narahat olduğumuzu bildirmişdik.

- Əməliyyata reaksiya verən ölkələrdən biri də Fransa olmuşdur. Fransa XİN-i BMT TŞ-nın fövqəl-adə iclas keçirməsini istəyib.

- BMT-nin Livan üzrə əlaqələndircisi də hər iki tərəfin vəziyyəti şiddətləndirəcək addımlardan çəkinməsini istəyib.

- Reuters agentliyi Hizbullahın əməliyyatdan sonra yayımladığı “1 saylı bəyənat”-ına işarə edərək yazıb: Adından məlum olduğu kimi Hizbullah başqa əməliyyatlar da keçirəcək.

- BBC: İsrail bildirib: Hizbullahın əməliyyat mövqelərinə hava və quru hücumları keçiriləcəyi planda var.
- Mavritaniyanın bəzi siyasi partiyaları Hizbullahın əməliyyatını dəstəkləyiblər. Bu partiyalar öz bəyənatlarında bildiriblər: Sionist rejimin işğalçılığı qarşısında ərəb və İslam müqavimətini dəstəkləyirik.

- Bəhreynin “14 fevral” cavanlar koalisiyası bəyənat verərək bu əməliyyatı dəstəkləyib. Bu koalisiya İslam müqavimətinə müvəffəq əməliyyata görə təbrik deyib.

- Yəmənin Ənsarullah təşkilatı da Hizbullahı keçirdiyi əməliyyata görə təbrik edib.
Ənsarullah təşkilatı əlavə edib: Hizbullahın Livanın cənubundakı Məzari Şibada əməliyyatı bir daha İslam ümmətinin diqqətini Fələstinə cəlb etdi. Halbuki təkfirçi və terrorçu qruplaşmalar ümmətin diqqətini İslam ölkələrindəki dağıdıcı müharibələrə cəlb etmişdilər.
1511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP