Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

İŞİD yeni təklif irəli sürüb

Terror qruplaşmasının tələbini yaponiyalı girov Kendzi Qoto səsləndirir

Sosial şəbəkələrərdə İŞİD terror təşkilatının yeni videosu peyda olub.

Burada terrorçular intiharçı Sacida ar Rişavinin iordaniyalı pilota dəyişmək üçün tərəfləri Türkiyə sərhəddinə çağırıblar.

"Sky News" xəbər verir ki, terrorçuların tələbini yaponiyalı girov Kendzi Qoto səsləndirir.

O deyir ki, əgər intiharçı qadın Türkiyə sərhəddində olmasa, iordaniyalı pilot həmin an öldürüləcək.

“Əgər Səcidə ər Rişavi mənim sağ qalmağımın qarşılığı kimi 29 yanvar, cümə axşamı gün batana kimi Türkiyə sərhəddində olmasa, iordaniyalı pilot həmin an öldürüləcək”- deyə Agence France-Presse yapon girovun dediklərini bildirir.

Bundan əvvəl İordaniya pilot Muata əl-Kasasbexa əvəzinnə terrorçu, intihaarçı qadın Səcidə ər-Rişavini dəyişməyə hazır olduğunu bildirmişdi. Qeyd olunur ki, yapon girovun taleyi barədə heç nə deyilmir.

Qeyd edək ki, Yaponiya tərəfi səsin məhz Kendzi Qotoya aid olduğunu təsdiqləyib.




1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
0