Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Ukrayna müxalifəti bu gün küçələrə çıxacaq

Bu gün - noyabrın 22-də Ukraynanın paytaxtı Kiyevdə müxalif qüvvələrin kütləvi aksiyası keçiriləcək. Aksiya "narıncı inqilab"ın ildönümünə həsr edilib.

Virtualaz.org saytı "İnterfaks-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları Kiyev şəhər rəhbərliyinə bununla bağlı müraciət ediblər. Təkcə dünən - noyabrın 21-də Kiyev şəhər meriyasına bununla bağlı 4 müraciət göndərilib.

Mitinqin təşkilatçıları aksiyaya 17 minə qədər adam yığmağı planlaşdırırlar. Aksiyanın keçirilməsində digər məqsəd Avropa İttifaqı ilə Assosiasiya sazişi bağlanması ideyasını dəstəkləməkdən ibarətdir. Qeyd edək ki, Ukrayna hökuməti dünən bu sazişlə bağlı prosesdəki iştirakını dayandırıb.

Ukrayna parlamentindəki müxalifət partiyaları xalqı noyabrın 24-də də Kiyevin mərkəzi küçələrinə çıxmağa və hökumətin Avropaya inteqrasiya kursundan imtina etməsinə etirazını bildirməyə çağırıb.

Bu çağırışla müxalifətçi "Udar" ("Zərbə") partiyasının lideri, məşhur ukraynalı idmançı, boks üzrə dünya çempionu Vitali Kliçko çıxış edib.

"Əgər xalqın iradəsinə məhəl qoyulmayacaqsa, onda biz hamımız, Avropa qanunları ilə və korrupsiyadan uzaq yaşamaq istəyən hər kəs noyabrın 24-də Kiyevin Avropa meydanına toplaşmalı və öz vətəndaş mövqeyimizi ifadə etməliyik" - deyə V.Kliçko bildirib.

V.Kliçkonun sözlərinə görə, xalqın etiraz aksiyaları prezident Viktor Yanukoviçi ölkəni Avropa yolundan döndərmək kursundan imtina etməyə məcbur etməyin yeganə variantıdır.
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı