Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

Ollanddan Türkiyəyə çağırış: " "Soyqırımı" tanıyın"

Fransa prezidenti Fransua Olland Türkiyə və Ermənistana barışıq mesajı göndərib.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı təşkil edilmiş şam yeməyində çıxış edən Fransua Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.

Keçən il Türkiyə hökumətinin 1915-ci il hadisələri ilə bağlı açıqlamasını müsbət bir irəliləyiş hesab edən Fransa prezidenti “erməni soyqırımı” məsələsində həqiqətin üzə çıxması üçün araşdırmaların vacib olduğunu qeyd edib.

Holland “soyqırım”ın 100 illiyi ilə bağlı Türkiyə hökumətindən etiraf jesti də gözlədiyini bildirib.

O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasımı üçün İrəvana da gedəcəyini açıqlayıb./lentaz/
861 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber