Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

İnsan hüquqlarından dəm vuranların dünya üzrə 170-ə yaxın işgəncə koloniyaları vardır!

Nur-az.com-un farsnews.com-a istinadən:
İranın Könüllülər Komitəsinin sədri Məhəmmədrza Nəqdi bildirib ki, artıq dünya hegemonlarının çıxılmaz vəziyyəti tam aşkardır və onlar öz mövcudluğunu bir növ süni nümayiş və “dopinq”lə qoruyurlar.

Cənab Məhəmmədrza deyib ki, onların dillərində insan hüquqları şüarı səslənsə də, əməlləri tam onun əksinədir və regionda əlləri xalqların qanına boyanır. Hal-hazırda bir çox ölkələrdə onlara mənsub işgəncə koloniyaları fəaliyyət göstərir ki, həmin ölkələrin buna etiraz etməyə cürəti çatmır.
O, Quantanamonu həmin koloniyaların aşkar nümunəsi sayaraq bildirib ki, hegemon dövlətlər dünyanın hər yerindən istənilən fərdi həbs edərək ora göndərir, olmazın işgəncələrə məruz qoyur və hələ utanmazcasına da, bu haqda konqresə (ABŞ) məlumat verirlər.

Cənab Məhəmmədrza onu da deyib ki, bu gün artıq həmin təm-təraqlı şüarlar bütün dünya hegemonlarının özləri tərəfindən rahatca tapdanır və bu zahiri qorxunc timsaldan yalnız bir cəsəd qalıb ki, onun da tezliklə qaməti qırılacaq.
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:08