Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2015

İŞİD-in daxilində terror və fərarilik halları hökm sürür!

Nur-az.com-un farsnews.com-a istinadən:
Ötən çərşənbə axşamı Suriyanın ordu qüvvələri “Deyr əl-Zur” şəhəri ətrafında İŞİD-ə mənsub olan uzunluğu 71 metr və dərinliyi isə 6 metrdən ibarət yeraltı tuneli kəşf edib uçurmuşlar.

Bir çox internet saytlarında yayılan məlumata əsasən, İŞİD-in komandirlərindən olan Məhəmməd Fəllah adı çəkilən məntəqədə daxili çəkişmələr nəticəsində qətlə yetirilib. Yaxud əl-Xur məntəqəsində də buna oxşar atışmalardan sonra İŞİD-in digər komandiri olan Əbu Təlhə Tunisi başda olmaqla 11 nəfərin qətlə yetirildiyi vurğulanır. Yaxud da, Riqqədə fəaliyyət göstərən “Polis” dəstəsinin üzvlərindən də bir çoxlarının ayrılaraq qaçdığı qeydə alınıb. Xəbərdə İŞİD-in bir növ şəri hakimi təyin edilən Əbu Əli əl-Hərbinin də Türkiyəyə qaçdığı məlumat verilir.

Həmin mənbələrdən alınan məlumatlara əsasən, son vaxtlar Suriyanın şimal və şərqində İŞİD-in qüvvələri arasında daxili çəkişmələr, üzvlərinin edamı və fərarilik halları xüsusi yer alıb.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber