Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

İŞİD özünün 60 üzvünü edam etdi

Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına əsasən, İŞİD özünün 60 üzvünü Riqqədən qaçıb Türkiyəyə keçmək istədiklərinə görə həbs və edam edib.

Türkiyənin Anadolu agentliyinin müxbiri Zeyd Faris İŞİD üzvü olan xüsusi mənbəyə istinadla məlumat verib ki, edam olunanların əksəriyyəti Səudiyyə Ərəbistanı və Fars Körfəzi sahilindəki ərəb ölkələrinin vətənadşlarıdırlar. Onlar öz silahlarını İŞİD-in bir Hərbi Hissəsində qoymuş və bazardan nə isə almaq bəhanəsilə şəhərdən çıxmışlar. Onlar özlərini Türkiyə və Suriya sərhədindəki əl-Munbətih bölgəsinə çatdırmaq istəyirmişlər. İŞİD-ə məxsus 4 maşın onları saxlamış və həbs edərək geri qaytarmışdır.
Onlar bir müddət naməlum yerdə saxlandıqdan sonra, cihaddan qaçmaq və küfr ölkəsinə sığınmaq ittihamı ilə edam edilmişlər.

Adının çəkilməsini istəməyən həkim bildirib ki, İŞİD qüvvələri əl-Hutə dağlıq zonasına öz dediklərinə görə, xainlərə məxsus olan çox sayda cəsəd gətirmişlər. Burada təbii bir dərə var ki, İŞİD öz qurbanlarının cəsədini bura tökür.
“Riqqənin başı susqunluqda kəsilir” adlı insan haqları fəalları təşkilatı da bildirib ki, İŞİD-ə məxsus sözdə İslam polisi bölməsinin 10 üzvü də şəhərdən qaçmışdır. Bu hadisədən sonra İŞİD şəhərdə olan öz patrul və komendant polislərinin sayını artırmışdır.

Qeyd edək ki, bu xəbərlər İŞİD-in Kobanidə məğlub olması və əli ətəyindən uzun şəkildə öz mövqeyinə qayıtmasından sonra yayılır.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber