Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Misirdə silahlıların hücumu nəticəsində 25 nəfər ölüb

Misirin Sinay yarımadasındakı Əl Əriş şəhərində silahlıların hücumu nəticəsində 25 nəfər ölüb. “Frans Press”-in verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti Misir hərbçiləridir.

Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib.

Bundan başqa Əl Əriş şəhərində naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber