Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Üzeyir Cəfərov Avropa Məhkəməsinin qərarından danışdı

“Həm sevinir, həm də kədərlənirəm”

Xəbər veridiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı, hərbi ekspert Üzeyir Cəfərovun şikayəti üzrə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Azərbaycan hökuməti Üzeyr Cəfərova mənəvi zərərə və məhkəmə xərcləri ilə birlikdə 14 min 400 avro kompensasiya ödəməlidir.
Bununla bağlı açıqlama verən hərbi ekspert Avropa Məhkəməsinin bu qərarından həm sevindiyini, həm də kədərləndiyini bildirib:
“Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mənim bir vaxtlar redaktoru olduğum “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı kimi şikayətim üzrə qərar çıxarıb. Tam səmimi deyirəm. Həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, doğma ölkəmin məhkəmələri haqq səsimi eşitməslər də, 17 ölkədən olan, dini və dili başqa olan hakimlər heyəti mənim üzləşdiyim cinayət faktı ilə bağlı balaca da olsa ədalətli qərar çıxarıb. Deməli, yaxın 3 ay ərzində mənə qarşı cinayət törədən şəxslərlə bağlı Azərbaycan hökuməti işə başlamalıdır. O cinayətkarlardan biri hal-hazırda da Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində, digəri isə Daxili İşlər Nazirliyində xidmət keçirlər. Onlar hazırlaşsınlar çətin suallara çavab verməyə. Yəqin ki, hamı üçün maraqlı olacaqdır ki, kimin sifarişini 2007-ci ilin 20 aprel günü onlar icra ediblər və niyə indiyə kimi qanun qarşısında cavab verməyiblər. Kədərlənirəm ki, mənim həyatım qədər sevdiyim doğma Vətənimin məhkəmə-hüquq sisteminin bəzi vicdan hissini itirmiş müstəntiq-prokuror, həmçinin hakimləri 17 ayrı-ayrı ölkənin hakimləri tərəfindən belə "yüksək qiymətləndirilirlər". Çox istərdim ki, nəhayət ki, məhkəmə sistemimiz qanunlar çərçivəsində fəaliyyət göstərsinlər. Ölkəsinin vətəndaşının hüquqlarını tam şəkildə qorusunlar. Sonda onu da qeyd etmək istərdim ki, qoy bəzi ağzıgöyçəklər mənim addımımı başqa səmtə yozmasınlar. Mənim üçün maddiyat o qədər də önəmli olmayıb. Ən böyük məqsədim də, cinayət əməli törətmiş vicdansızların cəmiyyətdən təcridinə nail olmaqdır.
Qanunlara sayğı ilə yanaşan insan kimi bundan sonra da haqq-ədalətin tam qələbəsi üçün əlimdən gələni edəcəyimə çalışacağam”./moderator/
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53