Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Putindən Obamaya sillə

"Neft lobbisi Obamanı Rusiyaya qarşı sanksiyalara görə dollarla cəzalandırır".

Belə bir iddia ilə ABŞ-ın neftqaz sahəsinin problemləri üzrə yazan aparıcı analitik portalı "Oilprice.com" çıxış edib.

ABŞ-ın energetika üzrə mütəxəssisləri hesab edirlər ki, Obama Putinə qarşı qərəzli mövqe sərgiləyir və buna görə də sağlam düşüncədən məhrumdur. Hətta ekspertlər Barak Obamanı ölkənin milli maraqlarının pozulmasında da ittiham edirlər.

"Oilprice" nəşri məqaləsində Rusiyaya qarşı münasibətin Obama administrasiyasının ən böyük xarici siyasət səhvlərindən biri olduğunu qeyd edir. Xüsusilər, digər ölkələrin də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edilməsi ABŞ-ın səhvi olaraq qiymətləndirilir. Bu vəziyyət isə Rusiyanı Çinə çevrilməyə məcbur edir.

Sanksiyaların Amerikanı iqtisadi və hərbi cəhətdən zəiflətdiyi deyilir. Həmçinin, Rusiya ilə Çinin yaxınlaşması və böyük layihələrin həyata keçirməsi artıq Avropa və ABŞ-ı narahat etməyə başlayıb. Belə ki, Çin artıq Rusiya iqtisadiyyatına 242 milyard dollar investisiya qoymağı planlaşdırır.

Sanksiyalar isə sadəcə qərb ölkələrinin planlarına zərbə vurur. İndi Rusiya özünə Çində və başqa Asiya ölkələrində partnyorlar seçir. Nəticədə isə qərb ölkələri Rusiya ilə iş imkanlarından məhrum olurlar./ans/
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP