Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Çində işgəncə yolu ilə ifadə almaq praktikasına son qoyulur

Çinin Ali Məhkəməsi işgəncə yolu ilə ifadə almaq praktikasına son qoyub. Məhkəmənin hökmünə əsasən dondurulma, aç və susuz saxlanma kimi işgəncə üsullarından istifadə edilməyəcək.

Çində qanun baxımından işgəncə qadağan edilmişdi, lakin fəallar ittiham reytinin 100 faiz təşkil etdiyi bu ölkədə işgəncədən istifadə edildiyini deyir.

İşgəncə metodlarından Kommunist partiyasının dissiplin sistemində də istifadə edilirdi. Məsələyə sentyabr ayında partiya üzvünün ölümündən sonra diqqətlər yönəlmişdi. Onun başının suda saxlanması ilə boğulduğu deyilir.

Ali Məhkəmənin qərarı fəallar tərəfindən alqışlanıb. Lakin onlar məhkəmənin partiyanın nəzarətində olduğu üçün qərarın həyata tətbiqinin asan olmayacağını deyir.
1742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16