Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

General Süleymani Nəsrullahla görüşüb!

General Süleymani Qüneytirə hadisəsindən sonra Nəsrullahla görüşüb!

Nur-az.com-un farsnews.com-a istinadən:
Yeni məlumata əsasən, sionist rejimin Qüneytirəyə təcavüzündən 48 saat sonra «Qüds Ordusu» generalı Hacı Qasim Süleymani dərhal Suriyadan Livana keçərək Nəsrullah başda olmaqla Müqavimətin bir sıra mühüm şəxsləri ilə görüşə bilib.

«əl-Məyadin» televiziya kanalında yayımlanan “Odlu xətt” verilişində məlumat verilib ki, cənab Süleymani Nəsrullahla görüşdən sonra Cihad Muğniyənin şəhadəti ilə əlaqədar Beyrutun cənubunda Zahiyə məntəqəsində şəhid İmad Muğniyənin evində təşkil edilən matəm mərasimində iştirak edib və hadisə ilə bağlı şəhid olanların ailələrinə başsağlığı verib.

Ötən cümə axşamı həmin verilişdə iştirak edən «əl-Məyadin»in baş redaktoru Qəssan bin Cədv bildirib ki, general Qasim Süleymaninin Nəsrullahla görüşü sırf hadisə ilə əlaqədar olmayıb, region üzrə mühüm məsələlərin müzakirəsi ətrafında davam edib.

Verilişdə o da qeyd edilib ki, general Süleymani hər iki şəhid – ata-oğulun (İmad və Cihad Muğniyə) məzarlarını da ziyarət edərək üzərlərinə gül buketi qoymaqla xatirələrini dərin hüznlə yad edib.
Verilən xəbər üzrə cənab generalın qısamüddətli səfərindən sonra darhal İrana yola düşdüyü vurğulanır.
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24