Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

BMT: Ukraynanın iki şəhəri evakuasiya olunmalıdı

BMT Ukrayna hərbçiləri və etirazçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bununla əlaqədar BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uoker dərhal atəşkəsin əldə olunmasına çağırıb. Bu, mülki şəxslərə istədikləri təqdirdə hərbi əməliyyatlar zonasını tərk etməyə, humanitar təşkilatlara isə əhaliyə yardım göstərməyə, dinc sakinlər və yaralıları evakuasiya etməyə imkan verəcək”, deyə S.Düjarrik bildirib.

BMT rəsmisinin sözlərinə görə, dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bunu edə bilmirlər.
805 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:46
<