Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

“Azəriqaz” əlil işçilərinə zülm edir

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu qurumun idarə və müəssisələrində çalışan Qarabağ əlillərini işdən çıxarır.

Bu barədə virtualaz.org saytına “Azəriqaz” İB-də çalışan əlillər məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, qurumun Nəsimi rayon idarəsində çalışan əlillərə xəbərdarlıq edilib: “Son bir ildə dörd dəfə həkim komissiyasından keçmişik. İyun ayında ARDNŞ tərəfindən təşkil edilən həkim komissiyası “Azəriqaz”da çalışan əlillərin işə yararlı olduğu barədə rəy verdi. Lakin “Azəriqaz” bu rəylə razılaşmır”.

Əlillərin sözlərinə görə, onları iş saatlarından artıq çalışmağa məcbur edirlər: “Bizə müxtəlif yollarla təzyiqlər edilir. Narazılıq edənlərə isə işdən çıxmağı məsləhət görürlər. Görünən odur ki, “Azəriqaz” əlil işçiləri işdən çıxarmaqda israrlıdır”.

Şikayətçilər müharibə şəraitində yaşayan ölkədə əlillərə qarşı hörmətsizliyə son qoyulması üçün müxtəlif təşkilatlardan kömək istədiklərini də vurğuladılar.
2026 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44
Ayətullah Xamenei: