Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

ABŞ və İngiltərənin Riyaza yaltaqlanması ürəkbulandırıcıdır

Bu barədə Financial Times qəzeti hesabat hazırlayaraq Qərb ölkələrindən istəyib: Səudiyyə Ərəbistanının yeni padşahına təzyiq edin ki, İslamdan düzgün olmayan təfəkkürün (vəhhabiliyin) ixracını və insan haqlarını kobudcasına pozmaqdan əl çəksin. Çünki belə olmasa Qərbin Ərəbistana yanaşması əvvəlkindən daha çox tənqidlə qarşılaşacaq.

Nur-az.com-un əl-Aləm kanalına istinadlı məlumatına əsasən, qəzet ABŞ prezidenti Barak Obama və İngiltərə baş naziri Devid Kamerunun Səudiyyə kralı Abdullah bin Əbdüləzizin ölümünə reaksiyalarını tənqid edib və onu “şişirdilmiş yaltaqlıq” adlandırıb. Obama Ərəbistan kralının ölümünə görə baş sağlığı vermək üçün Amerikanın keçmiş və hazırkı yüksək səlahiyyətli rəsmilərindən ibarət heyətlə Ərəbistana getdi. Matəm əlaməti olaraq öz bayraqlarını yarıya qədər endirdi.

Financial Times yazıb: Qərbdə bir çoxları bu fikirdədirlər ki, Amerika və İngiltərənin hərəkətləri ürək bulandırıcıdır. Xüsusilə Ərəbistan hakimiyyəti son zamanlar dövləti tənqid edən bloggeri 1000 şallaq zərbəsilə cəzalandırıb.
İngiltərə və Amerika dövlətləri Ərəbistanı himayə etmək addımlarını ört-basdır etmək üçün bu ölkəni İŞİD və əl-Qaidə ilə mübarizədə mühüm səngər adlandırırlar. Bununla da Ərəbistana silah satmağa don geyindirirlər. Lakin həqiqət budur ki, Ərəbistan vəhhabiliyin təbliği üçün milyardlarla dollar vəsait xərcləyir. Vəhhabilərin vəzifəsi orta İslam qarşısında ifratçı təfəkkürü dünyaya yaymaqdır.

Qəzet yazıb: Qərbin Ərəbistana olan “diplomatik məhəbbəti” tezliklə qeyri-mümkün olacaq. Əgər Ali-Səud öz yanaşmasında dəyişiklik etməsə, Qərb daha Ərəbistana qarşı diplomatik məhəbbətinə davam edə bilməyəcək.
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi