Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

“Xocalıya ədalət” axtarır, öz vətəndaşına fəlakət yaşadır...

Ziya Məmmədov tabeçiliyindəki işçilərin əli ilə insanlara zülm edir, onun oğlu isə uzaq Amerikada ermənilərin yandırdığı şəhərin təbliğatı hesabına özünə karyera qurur
Nəqliyyat nazirinin oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədovun son illər lobbiçilik fəaliyyəti ilə məşğul olması və bu barədə xəbərlər zaman-zaman mediada yer alır. Ölkəmiz ABŞ-da lobbiçilik fəaliyyətini əsasən bir neçə qurum vasitəsilə həyata keçirir. Onlardan biri də yeni yaradılmış Azərbaycan Amerika Alyansıdır (Azerbaijan America Alliance).

Ekspertlər bildirir ki, belə təşkilatlara adətən Azərbaycan elitasının övladları rəhbərlik edir. Cənubi Qafqaz üzrə tanınmış analitik Tomas de Vaalın fikrincə, “oliqarx balalarının xaricdə lobbiçilik etməsi Azərbaycan fenomeninə çevrilib”.

Nəqliyyat Nazirliyi müfəttişlərinin demək olar ki, hər gün törətdiyi vəhşiliklərdir. Nazirliyin qanun, etika sərhədlərini aşan monitorinqləri, taksi, yük maşını sürücülərinə tutduqları divan barədə mətbuatın yazmadığı bir gün yoxdur. Bu günə qədər dəfələrlə nazirlik müfəttişlərinin yol maşınlarına sərnişin kimi minib, daha sonra sürücüləri provakasiyaya çəkməsi, maşının açarını əllərindən alması halları baş verib. Bu mənzərələrə baxanda adamda elə təəssürat yaranır ki, sanki nazirliyə qəsdən, düşünülmüş, sistemli şəkildə bu cür səviyyəsiz şəxsləri cəlb edirlər - insanları əzsinlər, həyatından bezdirsin deyə...

Və indi yaranan paradoksal mənzərəyə baxaq. Bir tərəfdə milyonlarla pul töküb, “Xocalıya ədalət” kampaniyası keçirən, konqresmenləri, müğənniləri pulla ələ alan, digər tərəfdə isə öz ölkəsində, öz vətəndaşına qənim kəsilənlər. Bu nə pəhriz, bu nə turşu deməkdən özünü saxlaya bilmirsən. Çünki dünyada Xocalıya ədalət istəyən şəxs öz ölkəsində bəlkə bir xocalılının(ya da ağdamlının, şuşalının, bakılının) hüquqlarını saymazyana tapdayır. Konqresmenlərə pul hesabına Azərbaycanı “sevdirmək” çətin iş deyil ki. Önəmli olan bunu edərkən azərbaycanlıları gerçəkdən sevməkdir. Öz vətəndaşına divan tutub, Cona, Marka... Xocalını tanıtmağa çalışmaq isə dəryada balıq sevdası kimidir.
***
3-4 gün öncə Bakının Yasamal rayonu ərazisində bir mikro-avtobus sürücüsü nəqliyyat müfəttişləri ilə mübahisə etdikdən sonra özünü yandırıb. 1976-cı il təvəllüdlü Hümbətov Arzuman Hətəmxan oğlu xəstəxanaya yerləşdirilib. Amma onun vəziyyətinin ağır olduğu deyilir. Ziya Məmmədovun işçiləri indiyədək bir neçə sürücünü döyərək şikəst ediblər, hətta bu qarşıdurma zamanı əsəbdən ürəyi partlayıb ölən taksi sürücüləri də olub, mətbuat bu haqda yazıb. Lakin hələ də bu “nəqliyyat canavarları”nı durduran kimsə yoxdur. Nazir atanın tabeliyindəki işçilər ailəsinə çörəkpulu qazanmaq üçün yollara düşən vətəndaşı döysün, öldürsün, şikəst etsin, özünü yandırma həddinə çatdırsın, həmin nazirin oğlu uzaq Amerikada ermənilərin yandırdığı, öldürdüyü, işgəncə verdiyi başqa vətəndaşlara, Xocalı sakinlərinə ədalət axtarsın. Nə qədər ağlamalı və gülməli mənzərədi./mediaxeberleri/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01