Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Murad Ədilovun şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsi də işgəncə faktını ört-basdır edir

Bakı Apelyasiya Məhkəməsi həbsdəki AXCP fəalı Murad Ədilovun Səbail Rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib. Bu barədə “Azadlıq”a Murad Ədilovun vəkili Yalçın Imanov məlumat verib.

“Murad Ədilov həbs olunarkən işgəncəyə məruz qalıb. Bu barədə Baş Prokurorluğa müraciət edilsə də, qurum faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Bu qərardan Səbail Rayon Məhkəməsinə şikayət verilmişdi. Lakin məhkəmə şikayəti təmin etmədi. Biz də Bakı Apelyasiya Məhkəməsinə şikayət verdik. Bu gün(dünən-red) hakim Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə şikayət təmin olunmayıb”.

Yalçın Imanov deyib ki, bu işlə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

Xatırladaq ki, Murad Ədilov saxlanılarkən Sabirabad rayon polisində Bakıdan gedən 5 nəfərin və yerli polsi zabitləri Vüsal Şəbəndiyev, Əlfağa Kazımov tərəfindən döyülüb. Bu işgəncədə məqsəd ona öz əleyhinə qondarma izahata qol çəkdirmək olub.

Adı çəkilən polis zabitləri “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Birliyinin mütəxəssilərinin hazırladığı qara siyahıya salınıb. Onların hər ikisi daha əvvəl də siyasi məhbuslara işgəncə vermələrinə görə medainın diqqətinə düşüb.

Murad Ədilovun anti-insanı rəftara məruz qalması bundan əvvəl Nərimanov məhkəməsində araşdırılmışdı. Sentyabrın 3-də Nərimanov rayon məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətini təmin etməyib.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber