Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Cəlilabad sakinini arvadının yanında döyüb bıçaqladılar

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində bıçaqlanma hadisəsi baş verib. Qızının ad gününə hazırlaşan Göytəpə sakini, 37 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə marketdən bazarlıq edib geri qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə qaldırılıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil./ans/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber